bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

"Barselona" "Marka" qəzetini boykot etdi

08.11.2016 16:19 Oxundu 1713

İspaniyanın məhşur "Marka" ("Marca") qəzeti nin Peşəkar Futbol Liqasının prezidenti Xavyer Tebasa"Feyr-pley" mükafatı verməsi "Barselona" rəhbərliyini narazı salıb. Onlar mükafatlandırma mərasiminə qatılmayıblar.

"Barselona" klubunun rəsmisi Josep Vives mətbuata verdiyi açıqlamada bildirib ki, Xaviyer Tebas bu mükafata layiq deyil: "O bunu verdiyi açıqlamalarla sübut edib. Mükafatın ona veriləcəyini öyrənəndən sonra mərasimə qatılmamaq qərarına gəldik".

Xatırladaq ki, La Liqanın 9-cu turunda "Barselona" səfərdə "Valensia" 3-2 hesabı ilə məğlub edərkən oyunun son dəqiqəsində gələn qalibiyyət qoluna kataloniyalı futbolçuların sevinmələrniə reaksiya verərkən Tebas Neymar, Messi, Luis Suares kimi futbolçuların hərəkətlərini "utancverici" kimi xarakterizə etmiş, onları "tamaşa göstərməklə uşaqlara pis nümunə olmaqda" günahlandırmışdı. "Barcelona" rəhbərliyi də Tebasın cəzalandırılması tələbi ilə İdman Məhkəməsinə müraciət etmişdi.

Qeyd edək ki, "Marka" qəzeti ötən ilin yekunlarına görə "Qol kralı" mükafatını barselonalı Luis Suaresə versə də, futbolçu klubunun boykot qərarına hörmət əlaməti olaraq mərasimə getməyib. Mükafat ona Barselona şəhərində təqdim edilib.