bazar ertəsi, 19 yanvar 2026

DÜNYA FUTBOLU

Ronaldo "La Liqanın ən yaxşı futbolçusu" seçildi və...

08.11.2016 16:48 Oxundu 1828

Madridin "Real" komandasının futbolçusu Kriştiano Ronaldo ötən mövsümün nəticələrinə görə "La Liqayanın ən yaxşı futbolçusu" mükafatına layiq görülüb. "Marka" qəzetinin verdiyi bu qərar İspaniya futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, "Real" komandası ötən il "Çempionlar Liqası"nın qalibi olsa da, La Liqada heç bir titul qazanmayıb. ölkə çempionatında titul qazanmayan futbolçunun La Liqanın ən yaxşısı elan edilməsi bəzi azarkeş və futbol mütəxəssislərini narazı salıb.

Qeyd edək ki, "Marka"nın sorğusuna əsasən "Atletiko"nun (Madrid) çalışdırıcısı Dieqo Simeone " Ən Yaxşı baş məşqçi", Mdrid "Real"ıın futbolçusu Alvaro Morata "İspaniya Milli Komandasının Ən Yaxşı Oyunçusu", Bilbao "Atletik"inin üzvü Artiz Aduriz isə "La Liqada ən çox qol vuran İspan futbolçu" mükafatını alib.