09.11.2016 11:13
2100
2100
Uels Futbol Federasiyası 2016-cı ilin ən yaxşı oyunçusunun adını açıqlayıb. Nominasiyanın qalibi yenə Qaret Beyl elan edilib.“Real”ın yarımmüdafiəçisi bununla da ardıcıl 4-cü dəfə ölkəsinin ən yaxşısı adına yiyələnib.Beyl ona göstərilən etimad üçün şad olduğunu da dilə gətirib. O bildirib ki, bu, böyük şərəfdi. Qeyd edək ki, bu il yığması ilə Avro-2016-nın yarımfinalında oynayan Qaret “Real”la Çempionlar Liqasını qazanıb.