bazar ertəsi, 19 yanvar 2026

DİGƏR NÖVLƏR

Rüstəm Orucov və Elmar Qasımov reytinq cədvəlinə başçılıq edirlər

10.11.2016 07:13 Oxundu 1873

Beynəlxalq Cüdo Federasiyasının yeni reytinq cədvəli Azərbaycan cüdoçuları üçün uğurlu olub. Rio Olimpiadasının mükafatçıları Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) öz çəkilərində bütün rəqiblərini qabaqlayaraq reytinq cədvəlinə başçılıq edirlər. Son Avropa çempionatının gümüş medalçısı Orxan Səfərov (60 kq) 2-ci yeri tutur. Abu-Dabi "Böyük Dəbilqə" turnirinin qalibi, dünya çempionu Elxan Məmmədov (100 kq) mövqeyini daha da yaxşılaşdıraraq 7-ci yerdə gedir. Digər cüdoçularımızdan Nicat Şıxəlizadə 7, Məmmədəli Mehdiyev və Uşanqi Kokauri 20-ci yerdə qərarlaşıblar.