bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

5-ci duel

10.11.2016 10:39 Oxundu 1944

Azərbaycan milli komandası tarixində 5-ci dəfə Şimali İrlandiya ilə qarşılaşacaq. apasport-un məlumatına görə,DÇ-2018-in sabah keçiriləcək seçmə oyununadək komandalar 4 dəfə üz-üzə gəlib. Əvvəlki görüşlərin hamısı dünya çempionatlarının seçmə mərhələlərinə təsadüf edib. Bu matçlarda komandalar hərəyə 1 qələbə qazanıb. Maraqlıdı ki, hər iki yığma öz meydanında əldə etdiyi qələbəni 2 cavabsız qolla hesabına yazıb. Digər iki matçda isə qalib müəyyənləşməyib. Bakıdakı ilk oyunda qapılara qol vurulmayıbsa, Belfastdakı bərabərlikdə tərəflər hərəyə 1 dəfə fərqlənib. Bir sözlə, Şimali İrlandiyanın hər iki ev oyununda azarkeşlər 2 qol görüb.DÇ-2006-nın seçmə oyunlarında britanıyalılar 4 xal qazanıb. İlk matçda heç-heçə olubsa, ikinci matçın meydan sahibi – ada təmsilçisi qalib gəlib.

8 il sonra DÇ-2014-in seçmə matçlarında da oxşar ssenari yaşanıb. İlk qarşılaşmada bərabərlik yaşanıb, ikinci matçın meydan sahibi 3 xal əldə edib. Lakin bu dəfə Azərbaycan yığması ikinci görüşün ev sahibi olub və rəqibindən ümumilikdə 4 xal əldə edib.

Sabah keçiriləcək 5-ci duel öncəsi qarşılaşmalarla bağlı seriyalar diqqət çəkir. Son üç qarşılaşmada qapılara 2 qol vurulması, eyni məhsuldarlığın Belfastdakı görüşlərdə də yaşanması, həmçinin ilk matçların sülhlə nəticələnməsi kimi seriyaların davam edib-etməməyinə “Vindzor Park”da aydınlıq gələcək.

DÇ-2006

9 oktyabr. Bakı. DÇ. Azərbaycan – Şimali İrlandiya - 0:0
3 sentyabr. Belfast. DÇ. Şimali İrlandiya – Azərbaycan - 2:0

DÇ-2014

14 noyabr. Belfast. DÇ. Şimali İrlandiya – Azərbaycan - 1:1

11 oktyabr. Bakı. DÇ. Azərbaycan – Şimali İrlandiya - 2:0