10.11.2016 13:43
2028
2028
"Neftçi” PFK xorvatiyalı futbolçu Dario Melnyak ilə icarə müqaviləsinə xitam verib. Bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub. Müdafiəçi müqavilə ilə məxsus olduğu Belçikanın "Lokeren” klubuna qayıdıb.
Qeyd edək ki, Melnyak bir müddət öncə Krşevan Santini, Vançe Şikov, Jayro Rodriges və Denilson Pereyra ilə birlikdə əvəzedici heyətə göndərilmişdi.