bazar ertəsi, 19 yanvar 2026

DİGƏR NÖVLƏR

Basketbol yarışlarına start verilir

10.11.2016 19:35 Oxundu 1860

Noyabrın 12-də Hövsan Olimpiya İdman Kompleksində kişilər arasında XXIV Azərbaycan çempionatının ilk oyunları keçiriləcək. Ölkə çempionatında NTD, “Araz”, NTD U-16, AzDNSU, “Səksənincilər”, “Dərviş” və “Veteranlar” komandaları öz güclərini sınayacaqlar.

I tur

12.00. NTD BK - "Araz"

13.30. "NTD U16" - AzDNSU

15.00. "Səksənincilər" - "Dərviş"

Qeyd edək ki, çempionat 7 komandanın iştirakı ilə keçirildiyindən "Veteranlar" istirahət edəcək.