şənbə, 02 may 2026

BİZİM FUTBOL

Rəşad Sadıqov meydana çıxa bilməyəcək

10.11.2016 19:44 Oxundu 2054

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə Şimali İrlandiya ilə qarşılaşacaq milli komadamızın heyətində Rəşad Sadıqov meydana çıxa bilməyəcək. Kapitanın zədəli olması və bu səbəbdən qarşılaşmanı buraxacağı bir neçə gün öncədən bilinirdi.

Vacib oyunda komandamızı meydana kapitan kimi Rahid Əmirquliyev çıxaracaq. Bu barədə AFFA-nın rəsmi feysbuk hesabından xəbər verilib.

Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu sabah saat 23:45-də start götürəcək.