bazar ertəsi, 19 yanvar 2026

ŞAHMAT

Kişi komandamız rahat qələbə qazanıb

11.11.2016 06:51 Oxundu 1835

Serbiyanın Novi Sad şəhərində şahmat üzrə klublararası Avropa Kubokunda V turun oyunları keçirilib. Yarışa kişi və qadın komandalarla qatılan Azərbaycanın “Odlar Yurdu” klubları növbəti görüşlərinə çıxıblar. İsveçrənin “Schachgesellschaft Riehen” komandası ilə qarşılaşan kişi komandamız rahat qələbə qazanıb – 5:1.Qadınlarımız isə İtaliya təmsilçisi “Fischer Chieti” ilə heç-heçə oynayıblar.

Klublar arasında Avropa Kuboku

V tur

Kişilər

“Odlar Yurdu” - “Schachgesellschaft Riehen” – 5:1

1. Teymur Rəcəbov – Andreas Heyman – 1:0

2. Qədir Hüseynov – Oqnen Svitan – 1:0

3. Arkadi Naydiç – Yohannis Qeorqiadis – 0:1

4. Eltac Səfərli – Nikolas Brünner – 1:0

5. Emil Sutovski – Ralf Buss – 1:0

6. Vasif Durarbəyli – Sebastyan Şmit – 1:0

Qadınlar

“Odlar Yurdu” – “Fischer Chieti” – 2:2

1. Zeynəb Məmmədyarova – Monika Soçka – 0:1

2. Günay Məmmədzadə - Olqa Zimina – 0.5:0.5

3. Gülnar Məmmədova – Gaya Paolino – 1:0

4. Aydan Höccətova – Yevgeniya di Primo – 0.5:0.5

Qeyd edək ki, 5 turdan sonra kişi komandamız 6 xalla 7-ci, qadın komandamız isə 6 xalla 4-cü pillədə qərarlaşıb.