bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

Yığmamız İspaniya, İslandiya və Monteneqro ilə mübarizə aparacaq

11.11.2016 11:56 Oxundu 1773

17 yaşadək qızlar arasında Avropa çempionatının 2017/18 mövsümünün püşkü atılıb. İsveçrənin Nyon şəhərindəki tədbirdə seçmə mərhələnin 44 iştirakçısı 11 qrupa bölünüb. Püşkatmaya C səbətində qatılan Azərbaycan millisinin də rəqibləri bəlli olub. Yığmamız 3-cü qrupda İspaniya, İslandiya və Monteneqro ilə mübarizə aparacaq. Qeyd edək ki, seçmə mərhələnin oyunları 2017-ci il avqustun 1-dən oktyabrın 29-dək keçiriləcək. Hər qrupda ilk iki yeri tutanlar və ən yaxşı üçüncü elit-raunda yüksələcək.