bazar ertəsi, 19 yanvar 2026

DİGƏR NÖVLƏR

Nümayəndə heyətimiz Dohaya yollanıb

11.11.2016 21:16 Oxundu 1878

Noyabrın 12-18-də Qətərin paytaxtı Dohada Milli Olimpiya Komitələri Assosiasiyasının 21-ci Baş Assambleyası keçiriləcək.Assambleyada Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov və MOK-un marketinq idarəsinin rəisi Mehman Kərimov iştirak edəcəklər.

Tədbir çərçivəsində təşkilatın gənclər, beynəlxalq əlaqələr, atletlər və marketinq komissiyasının iclasının, həmçinin təşkilatın İcraiyyə Şurasının yığıncağının keçirilməsi nəzərdə tutulur.

Tədbirdə Milli Olimpiya Komitələri Assosiasiyasının 22-ci Baş Assambleyasının keçiriləcəyi ölkənin adı da açıqlanacaq.