1743
Bu gün Tbilisidə 64 xanalı dama üzrə Avropa çempionatının rəsmi açılışı olub. Mərasimdə Beynəlxalq Dama Oyunları Federasiyasının prezidenti Vladimir Longin, Gürcüstanın hökumət üzvləri, idman mütəxəssisləri iştirak ediblər. V.Longin bildirib ki, idmançılar 3 növ - standart, cəld və blits üzrə mübarizə aparacaqlar. Sonda qalib gələn 6 idmançı 2017-ci ildə Sankt-Peterburqda keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq. Ölkəmizi bu çempionatda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xətti ilə dama ustalarımız Aslan Aslanlı, Famil Kamilli, qadınlar arasında isə Vəfa Aslanova və Leyla Sadıqlı təmsil edirlər. Azərbaycan nümayəndə heyətinin rəhbəri, SSRİ idman ustası Adil Quliyevdir.
Çempionat noyabrın 20-də başa çatacaq. Çempionatın mükafat fondu 30 min avrodur.