12.11.2016 23:26
1726
1726
Dünya çempionatının seçmə mərhələsinin oyunları səbəbindən Premyer Liqada yaranmış fasilə müddətində “Kəpəz” yoxlama oyunu keçirib. Gəncə klubu bu gün “Dalğa Arena”da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə qarşılaşıb.
Oyun “sarı-göylər”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Kəpəz”dən ilk hissədə Orxan Əliyev və Şəhriyar Rəhimov fərqlənib. Fasilədən sonra isə Tural Nərimanov görüşdə son nöqtəni qoyub.
Sabah istirahət edəcək komanda üzvləri noyabrın 14-dən məşqləri bərpa edəcək.