bazar ertəsi, 19 yanvar 2026

ŞAHMAT

Dünya çempionatında ikinci heç-heçə

13.11.2016 11:31 Oxundu 1968

Nyu-Yorkda şahmat üzrə dünya çempionu norveçli Maqnus Karlsenlə bu ada iddiaçı olan rusiyalı Sergey Karyakin arasında matç start götürüb. Artıq 2 partiya başa çatıb. Hər iki partiyada tərəflər heç-heçəyə razılaşıblar. İlk partiyada Karlsen rəqibinə Trompovski hücumunu təklif edib. Lakin oyunu kəskinləşdirmək mümkün olmayıb və 42-ci gedişdə tətəflər "sülh"lə ayrılıblar. İkinci pariyada Karyakin İspan başlanğıcını tətbiq edib. Bu, Karlsen üçün sürpriz olmayıb. 33-cü gedişdə yenidən "sülh" bağlanıb. Növbəti - üçüncü pariya bazar ertəsi, noyabrın 14-də keçiriləcək. Ağ fiqurlarla bu dəfə dünya çempionu oynayacaq.

Xatırladaq ki, matç 12 partiyadan ibarət olacaq. Tərəflərdən biri 6.5 topladığı təqdirdə matç vaxtından əvvəl başa çatacaq. 12 partiyadan sonra heç-neçə qeyd alınarsa, qalibi müəyyən etmək üçün tay-breykdən istifadə olunacaq.