13.11.2016 16:28
1925
1925
Nəhayət, Türkiyə millisinin baş məşqçisi Fatih Terim ambisiya ilə irəli getməyin mümkün olmadığını anladı. Arxada qalan 3 turda qələbə qazana bilməyən Türkiyə millisi Arda Turan, Burak Yılmaz, Səlcuk İnan və Gökhan Gönülün heyətə dönməsi ilə tilisimi qırdı: 2:0. Qolları Burak Yılmaz və Volkan Şən vurdu. Hər iki qolun vurulmasında Arda Turan ünəmli rol oynadı. Doğrudur, bu qələbə qrupun ən zəif komandası üzərində qazanaldı, amma hər halda komandanın Moskvaya putyovka almasına ümidləri artırdı. Yuxarıda adları çəkilən futbolçuların sayəsində Kosova futbolçuları Türkiyədən əliboş qayıtdılar.