bazar ertəsi, 19 yanvar 2026

DİGƏR NÖVLƏR

Rəfiqə Şabanovanın yetirmələri rəqibinə şans vermədi

13.11.2016 19:00 Oxundu 1768

Bu gün qadın həndbolçular arasında “Çelenc Cup”ın III təsnifat mərhələsinin ikinci oyunu keçirilib. Yarışda Azərbaycanı təmsil edən ABU ikinci oyununa çıxıb. Komandamız Bakıda Belçika çempionatının gümüş medalçısı “Femina Vize” ilə üz-üzə gəlib. İlk oyunda rəqibinə asanlıqla qalib gələn (26:16) Rəfiqə Şabanovanın yetirmələri bu dəfə də rəqibinə şans verməyib - 25:20.

İki oyunda əldə etdiyi qələbə ilə ən güclü 16 komanda arasında yer alan təmsilçimiz mübarizəsini 1/8 finalda davam etdirəcək.

13 noyabr

ABU (Azərbaycan) - “Femina Vize” (Belçika) - 25:20

İlk oyun: 26:16

Hakimlər: İsmail Metalari, Nenad Nikolovski (hər ikisi Makedoniya)

Bakı, ABU-Arena