14.11.2016 09:38
2775
2775
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova Yaponiya çempionatında növbəti oyununu keçirib. Voleybolçumuzun çıxış etdiyi “Toyota” komandası V turda “Toray” klubunun qonağı olub.İlk 4 turda 3 xal toplayan “Toyota” bu dəfə çətinliklə də olsa qalib gəlib – 3:2 ( (13:25, 26:24, 24:26, 22:25, 11:15).) Görüşdə komandasına 43 xal qazandıran voleybolçumuz matçın ən dəyərli oyunçusu seçilib. O, bu xallardan 36-sını hücumda, 3-nü blokda, 4-nü isə eyslə əldə edib.Bu qələbədən sonra aktivindəki xalların sayını 5-ə çatdıran “Toyota” son pillədən yaxa qurtarıb. İki rəqibini qabaqlayan komanda 6-cı yerə yüksəlib.
Qeyd edək ki, “Toyota” növbəti turda “Okayama”nı qəbul edəcək.