bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

Azərbaycan – Almaniya oyunu Respublika stadionunda keçiriləcək

14.11.2016 12:27 Oxundu 1879

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində 2017-ci il martın 26-da Bakıda keçiriləcək Azərbaycan – Almaniya oyunu Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Daha əvvəl bu oyunun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi nəzərdə tutulsa da, İslam Həmrəyliyi Oyunları ilə əlaqədar BOS-da müvafiq təşkilati işlərin həyata keçiriləcəyi nəzərə alınaraq, Azərbaycan – Almaniya qarşılaşmasının Tofiq Bəhramov adına Respublika stadionunda təşkili qərara alınıb və bununla bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət ünvanlanıb.