bazar ertəsi, 19 yanvar 2026

GÜLƏŞ

Güləşçilərimiz Alrosa Kubokundan iki gümüşlə qayıtdılar

14.11.2016 13:14 Oxundu 2512

Rusiyanın paytaxtı Moskvada başa çatan Qitələrarası Kubok - Alrosa Kuboku beynəlxalq turnirində finala yüksələn sərbəst üsulla güləşənlərimiz həlledici görüşdə Rusiya yığması ilə qarşılaşıblar. Bu görüş 3:3 hesablı bərabərliklə tamamlanıb. Xalların keyfiyyətinə görə isə qalib Rusiya yığması olub. Güləşçilərimiz turnirin gümüş medallarına yiyələnib.

Qadın güləşçilərin yarışının finalında Azərbaycan və Rusiya yığmaları qarşılaşıblar. Bu görüş də 3:3 hesabı ilə başa çatıb, amma xalların keyfiyyətinə görə 17:9 öndə olan Rusiya yığması qalib elan edilib. Beləliklə, qadın güləşçilərimiz turniri ikinci sırada başa vurublar.

Qeyd edək ki, Yunan-roma güləşi üzrə millikomandamız bu turnirdə bürünc mükafat alıb.