14.11.2016 20:14
1873
1873
Kişi basketbolçulardan ibarət XXIV Azərbaycan çempionatının II turunun təqvimi açıqlanıb. Basketbol Federasiyasından verilən məlumata görə, noyabrın 12-də start götürən yarışın növbəti turu noyabrın 19-da baş tutacaq. Bu dəfə NTD BK istirahət edəcək. Günün ilk oyununda NTD U16 və "Marşallar" üz-üzə gələcək. Görüşün start fiti saat 12:00-da veriləcək. Ardınca "80-lər" və "Araz" münasibətlərini aydınlaşdıracaq. AzDNSU-nun "Dərviş"lə dueli ilə tura yekun vurulacaq.
II tur
19 moyabr
12:00. NTD U16 - "Marşallar"
13:30. "80-lər" - "Araz"
15:00. "Dərviş" - AzDNSU
Qeyd edək ki, oyunlar isə Hövsan Olimpiya İdman Kompleksində təşkil olunacaq.