bazar ertəsi, 19 yanvar 2026

DÜNYA FUTBOLU

Avropa yığmaları qüvvələrini yoldaşlıq matçlarında sınayırlar

15.11.2016 08:09 Oxundu 1890

Bu gün milli komandaların iştirakı ilə növbəti oyunlar keçiriləcək. apasport-un məlumatına görə, DÇ-2018-in seçmə mərhələsinin IV turunu başa vuran Avropa yığmaları qüvvələrini yoldaşlıq matçlarında sınayacaq. Azərbaycan millisi əksər Avropa ölkələrindən fərqli olaraq noyabr ayını bir matçla başa vursa da, seçmə mərhələdəki rəqiblərimiz bu gün də meydana çıxacaq. Qrupumuzun lideri Almaniya İtaliya ilə üz-üzə gələcək. Bu matç yoxlama matçları arasında ən çox diqqət çəkən 2 qarşılaşmadan biridi. Daha bir maraqlı oyunda İngiltərə ilə İspaniya üz-üzə gələcək.

3 gün öncə yığmamızın qapısından 4 cavabsız qol keçirən Şimali İrlandiya isə Xorvatiya ilə görüşəcək. Çexiya isə öz meydanında Danimarkanı sınağa çəkəcək.

Qrupumuzun digər iki komandası Norveçlə San-Marino isə elə yığmamız kimi 2016-cı ili başa vurub. Hər üç komanda məğlubiyyət aldığı seçmə oyunundan sonra meydana çıxmayacaq.

Yoldaşlıq oyunları

15 noyabr

20:00. Rusiya – Rumıniya

22:00. Malta – İslandiya

22:45. Macarıstan – İsveç

23:00. Ukrayna – Serbiya

23:30. Çexiya – Danimarka

23:45. Avstriya – Slovakiya

23:45. İtaliya – Almaniya

23:45. Şimali İrlandiya – Xorvatiya

00:00. İngiltərə - İspaniya

00:00. Fransa – Fil Dişi Sahili