bazar ertəsi, 19 yanvar 2026

ŞAHMAT

Şahmat tacı uğrunda matçda 3-cü hec-hecə

15.11.2016 20:47 Oxundu 2235

Şahmat tacı uğrunda Karlsenlə Karyakin arasında kemirilən matçın üçüncü partiyasında yenə İspan başlanğıcı tətbiq edilib. Ağlarla oynayan dünya çempionu debütdən cüzi üstünlüklə çıxmağa nail olaraq mittelşpildə bu üstünlüyünü davam etdirib. Endişpildə Karlsen bir piyada üstünlüyü əldə etsə də, rusiyalı qrosmeyster yeganə gedişlərlə oyunu nəzarət vaxtına qədər çatdıra bilib. Bundan sonra da Karyakin müdafiədə səhvsiz oynayıb. Rəqiblər bu dramatik oyunun 72-ci gedişnədə heç-heçəyə razılaşıblar.