2010
Milli komandaların iştirakı ilə növbəti oyunlar keçirilib. DÇ-2018-in seçmə mərhələsinin IV turunu başa vuran Avropa yığmaları qüvvələrini yoldaşlıq matçlarında sınayıblar. Azərbaycan millisi əksər Avropa ölkələrindən fərqli olaraq noyabr ayını bir matçla başa vursa da, seçmə mərhələdəki rəqiblərimiz növbəti dəfə meydana çıxıblar. Qrupumuzun lideri Almaniya İtaliya ilə üz-üzə gəlib. Yoxlama matçları arasında ən çox diqqət çəkən 2 qarşılaşmadan biri qolsuz bərabərliklə yekunlaşb. Daha bir maraqlı oyunda İngiltərə İspaniya qarşısında qələbəni son anda əldən verib. 3 gün öncə yığmamızın qapısından 4 cavabsız qol keçirən Şimali İrlandiya isə Xorvatiya ilə oyunda darmadağən olub - 0:3. Çexiya isə öz meydanında Danimarka ilə qalibi müəyyənləşdirə bilməyib - 1:1.
Qrupumuzun digər iki komandası Norveçlə San-Marino isə elə yığmamız kimi 2016-cı ili başa vurub. Hər üç komanda məğlubiyyət aldığı seçmə oyunundan sonra meydana çıxmayıb.
Yoldaşlıq oyunları
15 noyabr
Rusiya – Rumıniya - 1:0
Qol: Ozdoyev, 90+3
Malta – İslandiya - 0:2
Qollar: Traustason, 47, İnqasson, 75
Macarıstan – İsveç - 0:2
Qollar: Larsson, 30, Telin, 67
Ukrayna – Serbiya - 2:0
Qollar: Şaxov, 38, Yarmolenko, 87 (pen.)
Çexiya – Danimarka - 1:1
Qollar: Barak, 8 - Yorgensen, 39
Avstriya – Slovakiya - 0:0
İtaliya – Almaniya - 0:0
Şimali İrlandiya – Xorvatiya - 0:3
Qollar: Mancukiç, 9, Kop, 32, Kramariç, 68
İngiltərə - İspaniya - 2:2
Qollar: Lallana, 8 (pen.), Vardi, 68 - Aspas, 89, İsko, 90+6
Fransa – Fil Dişi Sahili - 0:0