bazar ertəsi, 19 yanvar 2026

DÜNYA FUTBOLU

Qabor Kiray millidəki karyerasını başa vurdu

16.11.2016 07:50 Oxundu 1950

Macarıstan yığmasının qapıçısı Qabor Kiray millidəki karyerasını başa vurub. 40 yaşlı qolkiper İsveçlə yoxlama matçında millidəki son oyununu keçirib.

1998-ci ildən Macarsıtan millisində 108 oyunda çıxan Kiray yığmada ən çox oyun keçirən futbolçudur.

Qeyd edək ki, "Avro-2016"da iştirak edən Q.Kiray Avropa çempionatlarının final tarixinin ən yaşlı futbolçusu olub. O, hazırda Macarıstanın "Haladaş" klubunda çıxış edir.