2029
Futzal üzrə UEFA kubokunda elit-raundun təqvimi bəlli olub. Azərbaycan çempionu “Araz”ın da oyunlarının vaxtı dəqiqləşib.Oyunları Xorvatiyada keçiriləcək B qrupunda çıxış edən Naxçıvan təmsilçisi ilk matçında meydan sahibləri ilə üz-üzə gələcək. “Nasional”la noyabrın 23-dəki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Ertəsi gün komandamız təkcə qrupun deyil, turnirin əsas favoriti “Yuqra” ilə üz-üzə gələcək. Millimizin və “Neftçi”nin sabiq fuztalçısı Kakanın rəhbərlik etdiyi komanda UEFA kubokunun hazırki qalibidi. “Araz”ın ən asan rəqibi son turda olacaq. Təmsilçimiz Almaniya “Hamburq”unu sınağa çəkəcək.
Qeyd edək ki, qrupun bütün oyunları Zaqrebdəki İdman Evində keçiriləcək.
UEFA kuboku
Elit raund
B qrupu
I tur
23 noyabr
21:00. “Yuqra” (Rusiya) - “Hamburq” (Almaniya)
23:30. “Nasional” (Xorvatiya) - “Araz” (Azərbaycan)
II tur
24 noyabr
21:00. “Araz” (Azərbaycan) - “Yuqra” (Rusiya)
23:30. “Nasional” (Xorvatiya) - “Hamburq” (Almaniya)
III tur
26 noyabr
21:00. “Hamburq” (Almaniya) - “Araz” (Azərbaycan)
23:30. “Yuqra” (Rusiya) - “Nasional” (Xorvatiya)