2060
Bu gün “Boulevard Hotel Baku” otelində Klublar Komitəsinin növbəti iclası keçirilib. İclasda Topaz Premyer Liqasında mübarizə aparan bütün klubların nümayəndələri və AFFA-nın texniki departamentinin əməkdaşı, məşqçi kurslarının təlimatçısı Osman Rəhimov iştirak ediblər.
İclasın gündəliyində aşağıdakı məsələlər olub:
- Premyer-Liqada komandaların sayının müəyyənləşdirilməsi (AZAL klubunun təklifi);
- Məşqçi kursları ilə bağlı suallara aydınlıq gətirilməsi;
- Uşaq liqalarında komanda nümayəndələri tərəfindən hakimlərə qarşı zorakılıq halları.
Birnci məsələnin müzairəsindən sonra qərara alınıb ki, AFFA İcraiyyə Komitəsinə çempionatın Əsasnaməsinin dəyişdirilməsi təklif edilsin. Bunu AZAL klubunun vitse-prezidenti, AFFA Klublar Komitəsinin sədri Fikrət Hüseynov iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
Qeyd edək ki, hazırkı Əsasnaməyə əsasən Premyer-liqada çempionatın sonunda sonuncu yeri tutan komanda Birinci diviziona düşəcək, Birinci Divizionda isə ilk üç yüri tutan komanda elitaya vəsəə qazanacaq. AZAL klubunun təklifi isə belədir: Birinci Dvizionda ilk iki yeri tutan komanda birbaşa elitaya vəsiqə alsın, üçüncü yeri tutan komanda isə Premyer Liqada sonuncu yeri tutan komanda ilə iki oyundan ibarət pley-of matçları keçirsin.Fikrət Hüseynovun sözlərinə, görə təklif səsə qoyulub və qəbul olunub.
Komitə sədri ikinci məsələ barədə danışarkən deyib ki, hər klubdan 2-3 nəfərin A, B və C kateqoriyalı məşqçi kurslarında olması barədə klubların təklifini müakirə edilib. Lakin o, hansı qərarın qəbul olunması barədə məlumat verməyib.
Ücüncü məsələ ilə bağlı da hansı qərarın qəbul edilməsi barədə məlumat verilməyib.
İclasdan sonra “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov da jurnalistlərin suallarını cavablandırıb. Nəcəfov iclasda yeni təkliflə çıxış etdiklərini söyləyib: "Bizi ən çox narahat edən meydançaların bərbad vəziyyətdə olmasıdır. Ölkə çempionatında iştirak edən 8 komandadan 5-nin meydançası futbol üçün yararlı deyil. AZAL, “İnter”, “Sumqayıt”, “Zirə"nin ev oyunlarını keçirdikləri süni örtüklü müydançalarda və “Kəpəz”in meydançasında oynamaq mümkün deyil. Çempionat başlayana qədərkeçirdiyimiz avrokubok oyunlarında heç bir oyunçumuz zədələnmədi. Çempionat start götürən kimi, “İnter”lə matçda 2 futbolçumuz sıradan çıxdı. Bu məsələlərin nəzərə alınması “Qəbələ” klubu tərəfindən təklif olundu və yekdilliklə qəbul edildi"