17.11.2016 08:39
2104
2104
AVRO-2020-nin daha bir təşkilatçı şəhəri loqonu təqdim edib. Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək oyunların rəmzi bəlli olub. AVRO-2020-nin əsas brendi birləşmə rəmzi olan körpünü burada Kəsişən Lantsxid və ya Zəncirvari körpü əks etdirir. Bu, Dunay üzərindəki körpüdü. Budapeşt qrup mərhələsinin üç qarşılaşması, həmçinin 1/8 final görüşlərindən birinə ev sahibliyi edəcək.Qeyd edək ki, bunadək London, Bakı, Roma, Buxarest, Kopenhagen və Münhen də öz loqosunu təqdim edib.