bazar ertəsi, 19 yanvar 2026

DİGƏR NÖVLƏR

Döyüşə veteranlar çıxırlar

18.11.2016 07:32 Oxundu 2142

Azərbaycanın veteran cüdoçulardan ibarət yığma komandası bu gün Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində start götürən dünya çempionatında iştirak edəcək.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, dörd gün davam edəcək yarışda Azərbaycan yeddi çəkidə təmsil olunacaq.

Kişi cüdoçuların yarışında 18 veteran idmançımız medallar uğrunda mübarizə aparacaq. Vüqar Hüseynov, Rafael Mehdiyev, Vüqar Cəfərov (66 kq), Vüqar Budaqov, Müşfiq Cəfərov, Zülfüqar Hüseynov, Rauf Fərzəliyev, Azad Abbasov (73 kq), Mübariz Cəfərov (81kq), Fərhad Rəcəbli, Seyfal Əsgərov, Bəxtiyar Abbasov, Vüsal Cəfərov (90 kq), Mübariz Pənahov, Arif Qasımov, İntiqam Ələkbərov, Zaur Paşayev (100 kq) və Zaur Bağırov (+100 kq) yarışacaq.

Yeganə qadın idmançımız Zülfiyyə Hüseynova 70 kiloqram çəkidə qüvvəsini sınayacaq.

Qeyd edək ki, dünya çempionatında 55 ölkədən 966 veteran cüdoçu mübarizə aparacaq.