bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

XII turun təyinatları açıqlanıb

18.11.2016 18:57 Oxundu 1919

Topaz Premyer Liqasında XII turun təyinatları açıqlanıb. Sabah start götürəcək turun matçlarını idarə edəcək hakimlər, həmçinin hakim-inspektor və AFFA nümayəndələri bəlli olub. “Qəbələ” və “Zirə” arasında turun mərkəzi oyunu yeni FİFA referisi statusu alıb, 2017-ci ildən beynəlxalq oyunları idarə edəcək Ömər Paşayevə tapşırılıb. Digər FİFA hakimlərimiz Əliyar Ağayevlə Rəhim Həsənov isə turun son gününə təyinat alıblar.

Həsənov “Sumqayıt” – “Neftçi”, Ağayev “İnter” – AZAL qarşılaşmasında ədaləti qoruyacaq. Onların hər ikisi, həmçinin Orxan Məmmədov, Fariz Yusifov, Ramil Diniyev də turun iki matçında təyinat alıblar.


Topaz Premyer Liqası

XII tur

19 noyabr (şənbə)

15:00. “Qəbələ” – “Zirə”
Hakimlər: Ömər Paşayev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu

18:00. “Qarabağ” – “Kəpəz”
Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Nahid Əliyev, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Diniyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Asim Xudiyev
“Azersun Arena”

20 noyabr (bazar)

14:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, İsgəndər Əliyev, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Diniyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sumqayıt. Şəhər stadionu


16:00. “İnter” – AZAL
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Fariz Yusifov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Rövşən Əhmədov
“İnter Arena”