bazar ertəsi, 19 yanvar 2026

VOLEYBOL

“Azəryol” “Telekom”la üz-üzə gəlir

19.11.2016 09:52 Oxundu 3516

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrəyə start veriləcək. IV tur 1 qarşılaşma ilə başlayacaq. Günün yeganə matçında “Azəryol” “Telekom”la üz-üzə gələcək. Qarşılaşmada Zoran Qayiçin yetirmələri aşkar favoritdi. İlk dövrədə uduzmayan “rabitəçilər” bu dəfə də 3 xala ümid edirlər. Onlar qələbə sayəsində liderliyi də möhkəmlədəcəklər. Amma “Azəryol”un asanlıqla təslim olacağı da gözlənilən deyil. Eldar Yusubovun yetirmələrinin I dövrədə olduğu kimi, rəqibinə çətin anlar yaşadacağı istisna deyil. Qeyd edək ki, turun “Lokomotiv” – “Azərreyl” matçı təxirə salınıb. Buna səbəb Vüqar Əliyevin komandasının Naxçıvan Muxtar Respublikası İdman və Gənclər Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda iştirakıdı.

IV tur

19 noyabr

16.00. “Azəryol” - “Telekom”

“Azərreyl” Voleybol Mərkəzi

İlk dövrə: “Telekom” – “Azəryol” - 3:1 (23:25, 25:19, 25:15, 26:24)

Telekom

3

3

0

9-3

287-227

8

Azərreyl

3

2

1

8-5

287-238

6

Azəryol

3

1

2

6-6

251-254

4

Lokomotiv

3

0

3

0-9

119-225

0

Gürcüstan

0

0

0

0

0

0