bazar ertəsi, 19 yanvar 2026

GÜLƏŞ

Sərbəst güləşdər Azərbaycan ikinci oldu

19.11.2016 12:27 Oxundu 2747

İran İslam Respublikasının İsfahan şəhərində kiçik yaşlı yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə "Day of Children" beynəlxalq turniri keçirilib.

Sərbəst güləşçilərin yarışında Azərbaycan, İran, Rusiya, Gürcüstan, Tacikistan, Qığızıstan, Ukrayna və Ermənistan komandaları mübarizə aparıb. Turnirdə iştirak edən sərbəst güləşçilərimiz qrup görüşləri zamanı Qırğızıstanı 8-2, Gürcüstanı 9-1, Ermənistanı 9-1 məğlub edib. Ukrayna güləşçiləri ilə 5-5 hesablı bərabərlik qeydə alınsa da xalların keyfiyyətinə görə 22-18 qələbə qazanan güləşçilərimiz qrupun lideri kimi finala vəsiqə qazanıb. Final görüşündə yerli İran idmançılarına 7-3 hesabı ilə uduzan güləşçilərimiz turnirin gümüş medallarına sahib olub. Yekun sıralamada İran birinci, Azərbaycan ikinci, Ukrayna yığması isə üçüncü yerdə qərarlaşıb.


Yunan-Roma güləşçilərinin yarışında Azərbaycan, İran, Rusiya, Türkmənistan, Gürcüstan, Moldova, İraq, Ermənistan, Ukrayna, Qırğızıstan və Tacikistan komandaları mübarizə aparıb. Yunan-Roma yığmamızın üzvləri qrup yarışlarında İranın 2 komandasına məğlub olub. Əvvəlcə Türkmənistanı 10-0, ardınca Qırğızıstanı 9-1 üstələyən güləşçilərimiz turnirin yekun sıralamasında 9-cu yerdə qərarlaşıb.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edib.