1816
Bu gün Topaz Premyer Liqasında XII tura yekun vurulacaq. Keçiriləcək son iki qarşılaşmadan biri Sumqayıtda, digəri isə paytaxtda baş tutacaq. Turnir cədvəlinin qonşuları “Neftçi” və “Sumqayıt” ikinci oyun günündə meydana çıxacaq. Sonuncuların meydanında baş tutacaq qarşılaşmada bakılılar rəqibini arxada qoymağa çalışacaq. 5 turdu qələbə nə olduğunu bilməyən Samir Abasovun komandası uğursuzluq zolağından çıxmaq üçün mübarizə aparacaq.
Həftəyə paytaxt derbisi ilə yekun vurulacaq. Liderləri izləyən “İnter” çempionatın autsayderi AZAL-ı qəbul edəcək. 15 turdur qələbəyə həsrət qalan qonaqlar sensasiya ümidi ilə “İnter Arena”ya çıxacaq. “Bankirlər” isə mükafatlar uğrunda mübarizədə vacib xallar qazanmalıdır.
Topaz Premyer Liqası
XII tur
20 noyabr (bazar)
14:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, İsgəndər Əliyev, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Diniyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sumqayıt. Şəhər stadionu
16:00. “İnter” – AZAL
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Fariz Yusifov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Rövşən Əhmədov
“İnter Arena”
Turnir cədvəli
|
1. |
Qəbələ |
12 |
8 |
4 |
0 |
27-4 |
28 |
|
2. |
Qarabağ |
12 |
9 |
1 |
2 |
24-5 |
28 |
|
3. |
İnter |
11 |
5 |
5 |
1 |
17-11 |
20 |
|
4. |
Zirə |
12 |
4 |
2 |
6 |
10-13 |
14 |
|
5. |
Kəpəz |
12 |
2 |
6 |
4 |
7-11 |
12 |
|
6. |
Sumqayıt |
11 |
2 |
4 |
5 |
9-17 |
10 |
|
7. |
Neftçi |
11 |
3 |
0 |
8 |
9-25 |
9 |
|
8. |
AZAL |
11 |
0 |
4 |
7 |
4-21 |
4 |
Bombardir: Baqali Dabo (“Qəbələ”) - 7