bazar ertəsi, 19 yanvar 2026

DİGƏR NÖVLƏR

Alim Nəbiyev dünya çempionu oldu

21.11.2016 07:18 Oxundu 2030

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Alim Nəbiyev növbəti döyüşünü keçirib. Təmsilçimiz Fransanın Marsel şəhərində keçirilən döyüş gecəsində rinqə çıxıb. Nəbiyev muay-tay növü üzrə dünya çempionu kəməri uğrunda mübarizə aparıb. 79,3 kq çəki dərəcəsində planetin ən yaxşısı olmaq üçün rinqə çıxan Alim fransalı Yohan Lidonla qarşılaşıb. Gərgin keçən 5 raundluq döyüşdə xal hesabı ilə qalib gələn idmançımız WMS versiyası üzrə dünya çempionu adına yiyələnib.