bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

Əliyar Ağayev yeni təyinat alıb

21.11.2016 11:34 Oxundu 1860

UEFA Avropa Liqasının İ qrupunda noyabrın 24-də Gelsenkirchen stadionunda keçiriləcək “Şalke 04” (Almaniya) – “Nice” (Fransa) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Orxan Məmmədov və Rəhim Həsənov olacaq.