21.11.2016 13:56
2012
2012
Avropa Liqasında qrup mərhələsinin V turunun hakim təyinatları açıqlanıb. Azərbaycan klubları “Qarabağ” və “Qəbələ”nin də matçını idarə edəcək baş hakimlər müəyyənləşib. Çexiyada “Slovan”ın qonağı olacaq “Qarabağ”ın görüşündə isveçli Stefan Yohannesson ədalət təmsilçisi olacaq. UEFA Bakıda keçiriləcək “Qəbələ” – “Anderlext” qarşılaşması üçün isə ukraynalı Yevgeni Aranovskini göndərəcək.Qeyd edək ki, Avropa Liqasında V turun oyunları noyabrın 24-də keçiriləcək.