05.07.2016 00:08
1583
1583
Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Qitənin ən zəif 8 çempionundan 6-sı meydana çıxacaq. “Torshavn” və “Tre Penne” səfərdə aldıqları məğlubiyyətin əvəzini evdə çıxmağa çalışacaq. “Valletta” və TNS isə üstünlüyünü qorumaq üçün mübarizə aparacaq. İlk qarşılaşmada qol vura bilməyənlər isə Ermənistanda qarşılaşacaq. Qeyd edək ki, I təsnifat mərhələsinin son oyunu sabah keçiriləcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
5 iyul
19:00. “Alaskert” (Ermənistan) - “Santa Koloma” (Andorra)
İlk oyun - 0:0
21:00. “Torshavn” (Farer adaları) - “Valletta” (Malta)
İlk oyun - 0:1
22:30. “Tre Penne” (San-Marino) - TNS (Uels)
İlk oyun - 1:2