21.11.2016 17:22
1947
1947
Dünən dünya şahmat tacı uğrunda matçda 7-ci partiya keçirilib. Beləliklə, matçın ikinci yarısı başlayıb. Elə bu səbəbdən də rusiyalı qrossmeyster Karyakin ikinci dəfə dalbadal ağ fiqurlarla oynayıb. Son iki oyunda dünya çempionu Karlsen qara fiqurlarla oynasa da, elə bir çətinliklə qarşılaşmayıb. Hər iki partiyada, demək olar ki, debütdən birbaşa endişplə keçilib. Ağlar bir piyada üstünlüyünə malık olsalar da, top və müxtəlif xanalı fillərin sonluğunda bu, qələbə üçün kifayət etməyib. 34-cü gedişdə ardıcıl yeddinci heç-heçə qeydə alınıb. Səkkizinci partiya bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.