bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

Murad Məmmədov “C”- dəki oyunların hakim-inspektoru olacaq

21.11.2016 17:42 Oxundu 2089

Beynəlxalq dərəcəli hakim-inspektor, AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Murad Məmmədov yeni təyinat alıb. O, futzal üzrə UEFA Kubokunun elit-raund mərhələsinin “C” qrupunda keçiriləcək oyunların hakim-inspektoru olacaq.

Bu qrupda İspaniyanın “İnter FS”, Çexiyanın “FK EP Chrudim”, Serbiyanın “KMF Ekonomac” və Sloveniyanın “SD Brezje Maribor” komandaları yer alıb. Oyunlar noyabrın 23-dən 26-dək Sloveniyanın Maribor şəhərindəki Dvorana Tabor arenasında keçiriləcək.