bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

İbrahimoviçin heykəli hazırlanacaq

22.11.2016 12:50 Oxundu 1360

"Mançester Yunayted"in 35 yaşlı ulduz futbolçusu Zlatan İbrahimoviç İsveçdə 11-ci dəfə "ilin futbolçusu" seçilib. Paytaxt Stokholmda yerləşən "Qloben Arena"da keçirilən tədbirdə İbra mükafatını alıb. İsveç Futbol Fedarasiyası tərəfindən İbrahimoviçə sürprizdə hazırlanıb. Belə ki, İbranın heykəli hazırlanacaq. Tədbirdə çıxış edən Zlatan, 11-ci dəfə "Qızıl Top Mükafatı"na layiq görüldüyünə görə çox sevindiyini bildirib: "İsveçdə özümə aid 11 nəfərlik bir komandam var".