bazar, 18 yanvar 2026

DİGƏR NÖVLƏR

ABU-nun qismətinə “Kram Start Elblaq” düşdü

22.11.2016 16:52 Oxundu 1356

Qadın həndbolçular arasında “Çelenc Cup” 1/8 final mərhələsinin püşkü atılıb. Vyanada baş tutan mərasimdə Azərbaycanın ABU klubu da rəqibi də bilinib.Püşk Rəfiqə Şabanovanın yetirmələrinə Polşanın “Kram Start Elblaq” komandasını qismət edib. İlk qarşılaşma fevralın 4-də və ya 5-də Bakıda, cavab oyunu bir həftə sonra səfərdə olacaq.

1/8 final mərhələsi

“Zuq” (İsveçrə) - “Karpatı” (Ukrayna)
“Sokol” (Çexiya) - “Şqipona” (Kosovo)
ABU (Azərbaycan) - “Kram Start Elblaq” (Polşa)
“Lokomotiva” (Xorvatiya) - “Ardesen” (Türkiyə)
“Haukar” (İslandiya) - “Quintus” (Hollandiya)
“H 65 Höörs” (İsveç) - “Vardar” (Makedoniya)
“Mlinotest Aydovçina” (Sloveniya) - “Atletiko” (İspaniya)
“Koleqio de Qaya” (Portuqaliya) - “Qran Kanaria” (İspaniya)

Qeyd edək ki, ABU III təsnifat mərhələsində Belçikanın “Femina Vize” klubunu mübarizədən kənarlaşdırıb.