1809
Noyabrın 23-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “E”, “F”, “G” və “H” qruplarında beşinci turun oyunları keçirilib. Bu qruplarda keçirilən 8 qarşılaşmada qapılara ümumilikdə 28 qol vurulub.
“F” qrupunda oynanılan “Borussiya Dortmund”-“Legia Varşava” oyununda Çempionlar Liqası tarixində yeni rekord müəyyənləşib. Dortmundluların 8:4 hesablı qələbəsi ilə başa çatan qarşılaşma ən məhsuldar oyun kimi bu mötəbər turnirin tarixinə düşüb. Xatırladaq ki, bu göstərici üzrə bundan əvvəlki rekord nəticə 2003-cü il noyabrın 5-də “Monako”-“Deportivo” matçında (8:3) qeydə alınmışdı.
Bu qrupun digər oyununda “Sportinq” komandası doğma meydanda “Real Madrid”ə məğlub olub – 1:2.
Bununla da “F” qrupunda “Borussiya Dortmund” (13 xal) və “Real Madrid” (11 xal) növbəti mərhələyə vəsiqəni təmin ediblər. Hesabında 3 xal olan “Sportinq” və 1 xal toplayan “Legia Varşava” sonuncu turda UEFA Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparacaqlar.
“E” qrupunda “Monako” Londonun “Tottenhem” komandası üzərində qazandığı 2:1 hesablı qələbə ilə xallarının sayını 11-ə çatdırıb və qrupda liderliyini rəsmiləşdirərək növbəti mərhələyə vəsiqəni təmin edib. Moskvada keçirilən “CSKA”-“Bayer Leverkuzen” qarşılaşması isə heç-heçə başa çatıb – 1:1.
Bu qrupda “Bayer Leverkuzen” 7 xalla ikinci, “Tottenhem” isə 4 xalla üçüncü pillədədir. “CSKA”nın aktivində isə 3 xal var.
“G” qrupunda İngiltərə təmsilçisi “Lester Siti” doğma meydanda qrupun autsayderi “Brügge” üzərində 2:1 hesablı qələbə qazanıb. Digər oyunda isə “Kopenhagen”-“Portu” qarşılaşması qolsuz heç-heçə ilə başa çatıb.
Beləliklə, “G” qrupunda “Lester Siti” 13 xalla qrup birincisi kimi növbəti mərhələyə yüksəlib. “Portu” 8 xalla ikinci, “Kopenhagen” 6 xalla üçüncüdür. “Brügge”nin isə hesabında xal yoxdur.
“H” qrupunda “Olimpik Lion” səfərdə Zaqrebin “Dinamo” komandası üzərində minimal hesablı qələbə qazanıb. “Yuventus” isə səfərdə “Sevilya”nı 3:1 hesabı ilə məğlub edərək qrupda liderliyi ələ keçirib.
Beş turdan sonra bu qrupda “Yuventus” 11 xalla birinci, “Sevilya” 10 xalla ikincidir. Qrupda üçüncü olan “Olimpik Lion”un aktivində 7 xal var. Hesabında xal olmayan “Dinamo Zaqreb” isə qrupda sonuncu sıradadır.
UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “A”, “B”, “C” və “D” qruplarında beşinci turun oyunları noyabrın 24-də keçiriləcək.
Çempionlar Liqası
Qrup mərhələsi, V tur
22 noyabr
E qrupu
MOİK (Moskva, Rusiya) – “Bayer” (Almaniya) - 1:1
Qollar: Naço, 76 (pen.) - Volland, 16
“Monako” (Fransa) – “Tottenhem” (İngiltərə) - 2:1
Qollar: Sidibe, 48, Lemar, 53 - Keyn, 52 (pen.)
|
1. |
Monako |
5 |
3 |
2 |
0 |
9:4 |
11 |
|
2. |
Bayer |
5 |
1 |
4 |
0 |
5:4 |
7 |
|
3. |
Tottenhem |
5 |
1 |
1 |
3 |
3:5 |
4 |
|
4. |
MOİK |
5 |
0 |
3 |
2 |
4:8 |
3 |
F qrupu
“Borussiya” (Dortmund, Almaniya) – “Legiya” (Polşa) - 8:4
Qollar: Kaqava, 17, 18, Nuri, 20, Dembele, 29, Roys, 32, 52, 90+3, Passlak, 81 - Priyoviç, 10, 24, Kuçarçik, 57, Nikoliç, 83
“Sportinq” (Portuqaliya) – “Real” (İspaniya) - 1:2
Qollar: Silva, 80 (pen.) - Varan, 29, Benzema, 87
|
1. |
Borussiya |
5 |
4 |
1 |
0 |
19:7 |
13 |
|
2. |
Real |
5 |
3 |
2 |
0 |
14:8 |
11 |
|
3. |
Sportinq |
5 |
1 |
0 |
4 |
5:7 |
3 |
|
4. |
Legiya |
5 |
0 |
1 |
4 |
8:24 |
1 |
G qrupu
“Lester” (İngiltərə) – “Brügge” (Belçika) - 2:1
Qollar: Okazaki, 5, Mahrez, 30 (pen.) - İzkerdo, 52
“Kopenhagen” (Danimarka) – “Porto” (Portuqaliya) - 0:0
|
1. |
Lester |
5 |
4 |
1 |
0 |
7:1 |
13 |
|
2. |
Porto |
5 |
2 |
2 |
1 |
4:3 |
8 |
|
3. |
Kopenhagen |
5 |
1 |
3 |
1 |
5:2 |
6 |
|
4. |
Brugge |
5 |
0 |
0 |
5 |
2:12 |
0 |
H qrupu
“Sevilya” (İspaniya) – “Yuventus” (İtaliya) - 1:3
Qollar: Parexa, 9 - Markizio, 45+1 (pen.) Bonuççi, 84, Mancukiç, 90+4
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Lion” (Fransa) - 0:1
Qol: Lakazet, 72
|
1. |
Yuventus |
5 |
3 |
2 |
0 |
9:2 |
11 |
|
2. |
Sevilya |
5 |
3 |
1 |
1 |
7:3 |
10 |
|
3. |
Lion |
5 |
2 |
1 |
2 |
5:3 |
7 |
|
4. |
Dinamo |
5 |
0 |
0 |
5 |
0:13 |
0 |