1736
Sabah Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçiriləcək. Avrokuboklarda mübarizəni davam etdirən hər iki Azərbaycan klubu da növbəti sınağına çıxacaq. “Qəbələ” və “Qarabağ” əhəmiyyət baxımından fərqli matçlarını keçirəcək. Belçikanın “Anderlext” klubunu qəbul edəcək Roman Qriqorçukun yetirmələri ilk xal üçün “döyüşəcək”. “Qəbələ” bu dəfə meydana baş məşqçisiz çıxacaq. Cəzalı olan Qriqorçukun komandasını texniki zonadan kənardan idarə etməyə məcburdur. J qrupunda çıxış edən “Qarabağ” üçün isə sabahkı oyun həlledici ola bilər. 1/16 finala vəsiqə üçün mübarizə aparan ağdamlılar “Slovan”la Çexiyadakı matçda vəzifəni həll etmək imkanına malikdi.Qurban Qurbanovun yetirmələri Liberetsdə qalib gəlsə, son turu formallığa çevirəcək. Bu nəticə qrupun digər matçından asılı olmayaraq vəsiqənin təmin olunması deməkdi. Təmsilçimiz heç-heçə ilə də adını 1/16 finala yazdıra bilər. Bunun üçün PAOK İtaliya səfərində “Fiorentina”nı məğlub etməməlidi. Digər hallarda isə ağdamlıların taleyi son turda həll olunacaq.
Avropa Liqası, Qrup mərhələsi
V tur, 24 noyabr
C qrupu
20:00. “Qəbələ” (Azərbaycan) – “Anderlext” (Belçika)
Hakimlər: Yevgeni Aranovski, Sergey Bekker, Aleksandr Voytyuk, Semyon Şlonçak
Əlavə köməkçi hakimlər: Anatoli Abdula, Anatoli Jabçenko (hamısı Ukrayna)
Hakim-inspektor: İqor Satkiy (Moldova)
UEFA nümayəndəsi: Maksimas Beçterevas (Litva)
Bakı. 8-ci km qəsəbə stadionu
|
1 |
“Anderlext” (Belçika) |
4 |
2 |
2 |
0 |
11-4 |
8 |
|
2 |
“Sent-Etyen” (Fransa) |
4 |
2 |
2 |
0 |
5-3 |
8 |
|
3 |
“Maynts” (Almaniya) |
4 |
1 |
2 |
1 |
6-10 |
5 |
|
4 |
“Qəbələ” (Azərbaycan) |
4 |
0 |
0 |
4 |
4-9 |
0 |
J qrupu
22:00. “Slovan” (Liberets, Çexiya) – “Qarabağ” (Azərbaycan)
Hakimlər: Stefan Yohanesson, Fredrik Nilsson, Mehmet Culum, Maqnus Syöblom
Əlavə köməkçi hakimlər: Andres Ekberq, Kristofer Karlsson (hamısı İsveç)
Hakim-inspektor: Stefano Podesçi (San-Marino)
UEFA nümayəndəsi: Roy Ketkart (Şimali İrlandiya)
Liberets. “U Nişi” stadionu
|
1 |
“Fiorentina” (İtaliya) |
4 |
3 |
1 |
0 |
11-2 |
10 |
|
2 |
“Qarabağ” (Azərbaycan) |
4 |
2 |
1 |
1 |
6-7 |
7 |
|
3 |
PAOK (Yunanıstan) |
4 |
1 |
2 |
1 |
2-4 |
4 |
|
4 |
“Slovan” (Çexiya) |
4 |
0 |
1 |
3 |
4-10 |
1 |