23.11.2016 11:15
1798
1798
Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində Azərbaycan çempionu “Araz” bu gün ilk oyununu keçirəcək. Təmsilçimiz Bakı vaxtı ilə saat 23:30-da Xorvatiyanın Zaqreb şəhərindəki Dom Sportova idman kompleksində yerli “Nacional” komandası ilə qarşılaşacaq. Oyunu Eduardo Fernandes Coelho (Portuqaliya), Qabriel Gherman (Rumıniya) və Pascal Lemaldan (Belçika) ibarət hakimlər briqadası idarə edəcək.