2253
Nyu-Yorkda dünya üzrə şahmat tacı urğunda mübarizə davam edir. Rusiya idmançısı Sergey Karyakinlə Norveç şahmatçısı Maqnus Karlsen arasında gedən mübarizədə hesab Karyakinin xeyrinə 4,5:3.5-dir. Dünya şahmat tacına sahib olmaq üçün Karyakinə qalan 4 partiyada 2 xal qazanmaq kifayət edəcək.

Tac uğrunda mübarizədən danışan Anatoli Karpov (sabiq dünya çempionu 1975-1985) Rusiya mətbuatına Sergeylə bağlı fikirlərini də bölüşüb. O deyib: "Mən Sergeyi yaxşı tanıyıram. Onunla bir neçə dəfə şahmat taxtası arxasında üz-üzə gəlmişəm. O, çox məsuliyyətlli, mehriban, həm də yumor hissinə malik bir insandır. Şahmata gəldikdə isə, o bu oyunun, xüsusilə müdafiənin ustasıdır. Təsadüfi deyil ki, onun haqqında deyirlər: "Karyakin - müdafiə naziridir". Onun ilk oyununu xatırlayın. Sergey olduqca çətin vəziyyətdən məharətlə çıxa bildi".
Jurnalistin: "Hazırda Sergeylə məşqçilər qərargahı işləyir. Demək olarmı ki, nəticəyə görə təkcə Karyakin deyil, onun bütün komandası cavab verir?" sualına isə Karpov belə cavab verib: "Yox. Şahmatçı şahmat lövhəsi arxasında oturur, ya qalib gəlir, ya da məğlub olur. Əlbəttə, Sergey məşqçilər və sekundantlara qulaq asa bilər, ancaq son anda qərarı özü verir".
Qeyd edək ki, Maqnus Karlsen subay, Karyakin ailəlidir.Məlumat üçün bildirək ki, Karyakinin həyat yoldaşı da onunla birgə Nyu-Yorkdadır.