bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Aleksandru Kipçu: "Statistikanı nəzərə almıram"

23.11.2016 23:06 Oxundu 1650

“Sabahkı oyunda bir neçə zədəlimiz var. Aleksandru Kipçu bu oyunda bizə kömək edə bilməyəcək”. Bu sözləri “Anderlex”in baş məşqçisi Rene Veyler deyib. UEFA Avropa Liqasının qrup mərhələsində sabah “Qəbələ”ylə qarşılaşacaq Belçika təmsilçisinin baş məşqçisi oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Son oyunlarda komandanın zəif oyunuyla bağlı tənqidlər oldu...

- Bu tənqidlərlə razılaşmıram. Öz oyunumuzla bunu sübut edəcəyik. Məncə, tənqidlərin heç biri haqlı deyildi.

- İddialara görə sizinlə oyunçular arasında münasibətlər soyuyub...

- Buna oyunçular daha yaxşı cavab verib. Məşqlər həmişəki kimi qaydasındadı. Məncə, hər şey qaydasındadı. Bu yerdə mətbuat konfransında iştirak edən “Anderlext”in yarımmüdafiəçisi Yuri Tilemans da məşqçinin fikirlərini təsdiqləyir və çalışdırıcıyla heç bir problemin olmadığını bildirir.

- Sabahkı oyunda hansı nəticəyə ümid edirsiz? Rəqibin hansı xüsusiyyətlərini qeyd edərdiz? Sizcə, “Qəbələ”nin zəif nöqtələri nələrdi?

- Məncə, bu suala cavab vermək düzgün deyil. “Qəbələ”nin zəif nöqtələrini açıqlamaq istəməzdim. Rəqib güclü komandadı. Bu komandanın keçmiş oyunlarını izləmişik. O ki qaldı rəqibin üstün cəhətlərinə, bunu sabah görəcəyik. Sabah rahat oyun olmayacaq. Rəqibin üstünlüyü ondadı ki, ilk dəqiqələrdən çox təzyiq edirlər.

- “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk sabahkı oyunda ekperimental heyətə şans verəcəyini deyib...

- Hansı heyətin çıxmasından asılı olmayaraq, bu oyuna yaxşı hazırlaşmışıq.

- “Qəbələ” bu mövsüm Avropa Liqasında bütün ev oyunlarında qol vurub. Bunu nəzərə alıb oyunu müdafiədən quracaqsız?

- Bundan xəbərdarıq. Bu komanda Azərbaycanın ən güclülərindəndi. Ölkə çempionatında da ev oyunlarında bir qayda olaraq qalib gəlirlər. Ancaq bizim əsas məqsədimiz sabahkı oyundan 3 xalla ayrılmaqdı.

- Bilirsiz ki, Belçika klubları Bakıda nəinki qələbə qazanmaq hətta qol belə vurmayıb. “Anderlext” öz isə Bakıdan iki dəfə məğlub ayrılıb. Bir də ki, mətbuat konfransında çox gülərüz görünürsüz. Sabah məğlub olsaz, yenə belə gülərüz olacaqsız?

- Ola bilər, müəyyən statistik göstəricilər rəqibin xeyrinə olsun. Ancaq mən statistikanı nəzərə almıram. Məqsədimiz sabah qalib gəlməkdi. Məncə, statistika zibil qutusuna atılmalıdı. O ki qaldı ikinci suala, oyundan sonra görərik. Qalib gəlsək, bundan da çox güləcəm. Məğlub olsaq isə yenə həmişəki kimi olacam.