bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

“Araz” “Nasional”la bacarmadı

24.11.2016 07:37 Oxundu 1763

Futzal üzrə UEFA kubokunun elit-raunduna start verilib. B qrupunda mübarizə aparan Azərbaycan çempionu “Araz” ilk oyununa çıxıb.Braziliyalı mütəxəssis Miltinyonun yetirmələri I turda Xorvatiyanın “Nasional” klubu ilə görüşüblər. Zaqrebdə baş tutan qrup oyunlarında təmsilçimiz meydan sahibləri ilə matçın favoriti olsalar da, yekunda məğlub olublar. Hesabı "Nasional" açıb. Novak 36-cı dəqiqədə fərqlənib. 3 dəqiqə sonra dubl edən oyunçu fərqi iki topa çatdırıb. Matçın son saniyələrində Fineo fərqi azaltsa da, komandamızın bundan artığına gücü çatmayıb.İlk turun qrupumuzdakı digər oyununda UEFA kubokunun hazırkı sahibi Rusiya “Yuqra”sı ilə elit-raundun debütantı olan Almaniya “Hamburq”unu məğlub edib - 4:0.

Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində Azərbaycan çempionu “Araz” bu gün ikinci oyununu keçirəcək. Təmsilçimiz Xorvatiyanın Zaqreb şəhərindəki Dom Sportova idman kompleksində Rusiyanın “Uqra” klubu ilə qarşılaşacaq. Növbəti mərhələ şansını saxlamaq üçün “Araz” “Uqra”nı mütləq məğlub etməlidir.

23 noyabr
UEFA kuboku, Elit raund
B qrupu, I tur

“Yuqra” (Rusiya) - “Hamburq” (Almaniya) - 4:0

Hakimlər: Franko Kaçia (Malta), Paskal Lamal (Belçika)

Zaqreb. İdman Evi

“Nasional” (Xorvatiya) - “Araz” (Azərbaycan) - 2:1

Qol: Novak, 36, 39.51 - Fineo, 39.59

Hakimlər: Eduardo Fernandes Koelyu (Portuqaliya), Qabriel German (Rumıniya)

Zaqreb. İdman Evi

Araz: 1. Rövşən Hüseynli (Q), 3. Bolinya, 8. Rizvan Fərzəliyev (C), 10. Vassura, 13. Everton Kardozo

Ehtiyat oyunçular: 19. Emin Kürdov (Q), 5. Fineo, 6. Eduardo, 7. Çovdarov, 9. Rüstəmli, 11. Bağırov, 15. Fabio Poletto, 17. Atayev

1.

Yuqra

1

1

0

0

4:0

3

2.

Nasional

1

1

0

0

2:1

3

3.

Araz

1

0

0

1

1:2

0

4.

Hamburq

1

0

0

1

0:4

0