bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

“Qarabağ” tarix yazmağa, “Qəbələ” uğursuz seriyaya son qoymağa çalışacaq

24.11.2016 07:45 Oxundu 1784

Bu gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçiriləcək. “Qarabağ” səfərdə “Slovan”ın qonağı olacaq. Bu qarşılaşma Ağdam klubu üçün tarixi əhəmiyyət kəsb edir. Belə ki, Qurban Qurbanovun komandası Liberetsdən 3 xalla qayıdacağı halda, Avropa Liqasının 1/16 final mərhələsinə yüksələcək. Qrupdakı digər oyunun nəticəsindən asılı olaraq, heç-heçə də təmsilçimizin tarixin nailiyyətə imza atmasına kifayət edə bilər. Bunun üçün “Fiorentina” öz meydanında PAOK-a uduzmamalıdır.


Avropa Liqası

V tur

24 noyabr

22:00. “Slovan” (Çexiya) - “Qarabağ” (Azərbaycan)
Baş hakim:
Stefan Yohannesson
Köməkçi hakimlər: Fredrik Nilsson, Mehmet Culum
Əlavə köməkçi hakimlər: Andreas Ekberq, Kristoffer Karlsson
Dördüncü hakim: Maqnus Sjöblom (hamısı İsveç)
Hakim-inspektor: Stefano Podesçi (San Marino)
UEFA nümayəndəsi: Roy Kaskart (Şimali İrlandiya)
Liberets. "U Nisi" stadionu

22:00. “Fiorentina” (İtaliya) - PAOK (Yunanıstan)

1.

Fiorentina

4

3

1

0

11:2

10

2.

Qarabağ

4

2

1

1

6:7

7

3.

PAOK

4

1

1

2

2:4

4

4.

Slovan

4

0

1

3

4:10

1

“Qəbələ” “Anderlext”i sınağa çəkəcək

“Qəbələ” isə “Bakcell Arena”da “Anderlext”i sınağa çəkəcək. Bu, təmsilçimizin cari mövsüm qitə kuboklarındakı son ev oyunudur. İlk 4 turda xal qazana bilməyən “Qəbələ” uğursuz seriyaya Belçika təmsilçisi ilə oyunda son qoymağa çalışacaq.



Avropa Liqası

V tur

24 noyabr

20:00. "Qəbələ" (Azərbaycan) - "Anderlext" (Belçika)
Baş hakim:
Levgeni Aranovskyi
Köməkçi hakimlər: Sergey Bekker, Oleksandr Voytyuk
Əlavə köməkçi hakimlər: Anatoliy Abdula, Anatoliy Zabçenko
Dördüncü hakim: Syomen Şlonçak (hamısı Ukrayna)
Hakim-inspektor: İqor Satkii (Moldova)
UEFA nümayəndəsi: Maksimas Beçterevas (Litva)
Bakı. "Bakcell Arena" stadionu
00:05. “Sent-Etyen” (Fransa) - “Maynts” (Almaniya)

1.

Sent-Etyen

4

2

2

0

5:3

8

2.

Anderlext

4

2

2

0

11:4

8

3.

Maynts

4

1

2

1

6:10

5

4.

Qəbələ

4

0

0

4

4:9

0