24.11.2016 11:55
1718
1718
Fransanın “Lill” futbol klubunun baş məşqçisi Frederik Antonetti ilə müqaviləyə xitam verib. Rəhbərliyin 55 yaşlı çalışdırıcı ilə əməkdaşlığa son qoymasına səbəb kimi cari mövsümdə qeydə alınan uğursuz nəticələr göstərilib.Antonettinin istefasından sonra komanda müvəqqəti olaraq Patrik Kolloya tapşırılır.
Qeyd edək ki, Fransa çempionatında 13 oyundan cəmi üçündə qələbə qazanan “Lill” hazırda 19-cu pillədə yer alır.