24.11.2016 12:00
2295
2295
Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteranlar arasında keçirilən dünya çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər. Mundialda 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan idmançılarımızı, eləcə də cüdo üzrə veteranlardan ibarət milli komandanın üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, media nümayəndələri və bir qrup azarkeş böyük coşqu ilə qarşılayıblar.
Qeyd edək ki, dünya birinciliyində Fərhad Rəcəbli və Zaur Paşayev qızıl, Zülfiyyə Hüseynova, Zaur Bağırov gümüş, Mübariz Cəfərov isə bürünc medal qazanıb.











