bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

Millimizin enişi

24.11.2016 12:09 Oxundu 1684

FİFA yeni reytinq cədvəlini açıqlayıb. Sonuncu dəfə oktyabrın 20-də açıqlanan siyahıda son 35 gündə baş tutan qarşılaşmaların nəticələri əksini tapıb. Keçirilən matçlar siyahıda bir sıra dəyişiklərə səbəb olub. Bu, Azərbaycan millisindən də yan ötməyib. Belə ki, DÇ-2018-in seçmə mərhələsinin IV turunda Şimali İrlandiya ilə görüşən yığmamız səfər məğlubiyyətinin acısını yaşayıb.Noyabrın 11-də Belfastda 0:4 hesabı ilə uduzan Robert Prosineçkinin yetirmələri həm xal, həm də mövqe baxımından geri düşüb. Son reytinq siyahısında 404 xalı olan millimiz 18 xal itirdikdən sonra bu rəqəm 386-ya enib. Komandamız 88-ci pilləni də əldən verərək, 2 addımlıq eniş edib. Prosineçkinin yetirmələri artıq dünyanın 90-cısıdı. Nəticədə komandamızı iki yığma – Qətər və Ermənistan millimizi arxada qoyub.

Dünyanın ən güclü 10 komandasının mövqeyində də müəyyən dəyişikliklər qeydə alınıb. Argentina zirvədə qalsa da, Almaniya 2-ci sıranı əldən verib. Nəticədə Braziliya 2-ci yerə yüksəlib. Bundan başqa, Çili 2 addım irəliləyibsə, Belçika və Kolumbiya 1 addım geriləyib.

Qeyd edək ki, qonşu Türkiyə yığması 24-cü yerə yüksəlib. 1 pillə irəliləyən “ay-ulduzlular” 851 xala malikdi.